Abşeronda yol qəzası: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Abşeronda yol qəzası: 1 nəfər ölüb, 2 nəfər yaralanıb
# 25 may 2022 06:33 (UTC +04:00)

Fatmayı qəsəbəsində yol qəzası bir nəfərin ölümünə səbəb olub.

APA xəbər verir ki, hadisə Digah-Fatmayı şossesində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobillə “Mercedes” toqquşub. Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü - 1993-cü il təvəllüdlü Səmədov Ramin İlyar oğlu hadisə yerində ölüb. 1998-ci il təvəllüdlü Sadıqzadə Mircəlal Səbuhi oğlu, 2002-ci il təvəllüdlü Salayev Rəşad Novruz oğlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR