Abşeronda yol qəzası baş verib, xəsarət alan var - FOTO - VİDEO

Abşeronda yol qəzası baş verib, xəsarət alan var - FOTO  - VİDEO
# 04 oktyabr 2022 01:47 (UTC +04:00)

Xırdalan şəhərində ötmə qaydalarını pozan sürücü qəzaya səbəb olub.

APA xəbər verir ki, hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində baş verib.

Belə ki, “Hyundai” markalı maşının sürücüsü Xırdalan istiqamətində hərəkətdə olan zaman qəfil sola dönüb. Bu zaman eyni istiqamətdə olan “KİA” markalı avtomobilin sürücüsü idarəetməni itirərərək əvvəlcə “Hundai”-a çırpılıb daha sonra “KİA” divara dəyərək dayanıb. Qəza nəticəsində “Kia” markalı maşının sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. rayon məhkəməsinin mətbuat xidməti bildirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR