Abşeronda yük maşını minik avtomobili ilə toqquşub, 2 nəfər yaralanıb

Abşeronda yük maşını minik avtomobili ilə toqquşub, 2 nəfər yaralanıb
# 14 oktyabr 2019 22:17 (UTC +04:00)

Abşeronda 2 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 2 nəfər yaralanıb.

Hadisə Saray qəsəbəsi ərazisində baş verib.

Belə ki, "Qazel" markalı yük avtomobili ilə taksi fəaliyyəti göstərən "VAZ 2107" markalı nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində avtomobillərdə olan sərnişinlər, 1990-cı il təvəllüdlü Cəfərova Günel Tofiq qızı və 1991-ci il təvəllüdlü Elvin Qasımlı xəsarət alıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. G.Cəfərovaya alın nahiyəsinin çapılmış yarası, E.Qasımlıya isə qapalı kəllə-beyin travması, budun sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR