Aeroport şossesində avtomobil piyadanı vurub

Aeroport şossesində avtomobil piyadanı vurub
# 22 yanvar 2023 23:06 (UTC +04:00)

Suraxanı rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə aeroport şosesinin Suraxanı qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.

1990-ci il təvəllüdlü Səfərov Fikrət Mejdim oğlu şossenin piyadalar üçün müəyyən edilməyən hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəxiyyətdə xəstəxanaya çatdırılıb. Ona sağ topuq sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR