Ağacdan yıxılan Zaqatala sakini ağır xəsarətlər alıb

Ağacdan yıxılan Zaqatala sakini ağır xəsarətlər alıb
# 22 sentyabr 2019 23:06 (UTC +04:00)


Zaqatala rayonunun Faldar kəndində arzuolunmaz hadisə baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, qoz ağacından yıxılan kənd sakini, 1990-cı il təvəllüdlü Samir Mustafa oğlu Əliyev aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Məlumatda bildirlir ki, S.Əliyevə “L-3” fəqərəsinin, sağ daban sümüyünün və sağ biləyinin sınığı dioqnozu qoyulub. O, xəstəxananın Cərrrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR