Ağcabədi sakini kafedə kişini, onun arvadını və bacısı oğlunu bıçaqlayıb

Ağcabədi sakini kafedə kişini, onun arvadını və bacısı oğlunu bıçaqlayıb
# 30 may 2023 09:12 (UTC +04:00)

Ağcabədi sakini kafedə kişini, onun arvadını və bacısı oğlunu bıçaqlayıb.

APA xəbər verir ki, Ağcabədi rayon sakini, 1998-ci il təvəllüdlü Quliyev Elxan Elşən oğlu Binəqədi rayonu ərazisində yerləşən kafedə digər masada əyləşən Cəbrayıl rayon sakini, 1972-ci il təvəllüdlü Səfərov Səməndər Zəxara oğlu, onun həyat yoldaşı 1982-ci il təvəllüdlü Səfərova Qahirə Zəkəriya qızını, Səməndər Səfərovun bacısı oğlu 2003-cü il təvəllüdlü Məmmədli İlkin Elşən oğlunu bıçaqlayıb.


Faktla bağlı Binəqədi RPİ-nin İŞ-də Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb, Quliyev Elxan Elşən oğlu şübhəli şəxs qismində saxlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR