Ağcabədi sakinindən avtomat götürülüb - FOTO

Ağcabədi sakinindən avtomat götürülüb - FOTO
# 23 yanvar 2023 13:35 (UTC +04:00)

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinindən avtomat aşkar edilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli rayon sakini Hüseyn Əhmədov saxlanılıb. Onun yaşadığı ünvanda aparılan axtarış zamanı 1 ədəd "AK-74" markalı avtomat, həmin silaha məxsus 1 ədəd sandıqça və 4 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa, keçirilən tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmayan ov tüfəngləri də aşkar edilərək götürülüb.

Faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR