Keçmiş məhkumun maşınından tapança tapılıb

Keçmiş məhkumun maşınından tapança tapılıb
# 16 sentyabr 2019 12:47 (UTC +04:00)

Ağcabədi sakinindən silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də saat 21 radələrində Bala Bəhmənli kəndi ərazisində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş M.Qasımovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil saxlanılıb.

Baxış zamanı avtomobildən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 3 ədəd patron, 1 ədəd uzaqgörmə cihazı və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR