Ağcabədi və Zaqatalada 5 ton çətənə kolu məhv edilib - VİDEO

Ağcabədi və Zaqatalada 5 ton çətənə kolu məhv edilib - VİDEO
# 19 iyul 2022 11:59 (UTC +04:00)

Ağcabədi Rayon Polis Şöbəsinin əmakdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, tədbir zamanı rayonun Xocavənd kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 1 tondan artıq olan çətənə bitkisi yandırılaraq məhv edilib.

Zaqatalada isə 4 tona yaxın narkotik tərkibli bitki məhv edilib. Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının birgə keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Uzunqazmalar kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, ümumi çəkisi 3 ton 770 kiloqram olan 5780 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Səlcuq Elçin

Vüqar Heydərov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR