Ağcabədidə at güllələnib

Ağcabədidə at güllələnib
# 05 iyul 2022 11:33 (UTC +04:00)

Ağcabədi rayonunda at tüfənglə öldürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayon Polis Şöbəsinə iyulun 4-də Sarıcalı kənd sakini E.Məmmədova məxsus atın kənd ərazisində tüfənglə öldürülməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bu əməli törətməkdə şübhəli bilinən kənd sakini Emin Əliyev müəyyən edilərək saxlanılıb. Ondan “Churchil” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR