Ağcabədidə avtomobil ağaca çırpılıb, ölən var

Ağcabədidə avtomobil ağaca çırpılıb, ölən var
# 18 iyul 2022 10:33 (UTC +04:00)

Ağcabədidə yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyulun 16-da saat 1 radələrində Ağcabədi rayonunun Sarvanlar kəndi ərazisində rayon sakini C.Zamanov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sərnişinlərdən rayon sakini Fərid Zamanov hadisə yerində ölüb, digər sərnişin isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR