Ağcabədidə avtomobil aşıb, ölən var

Ağcabədidə avtomobil aşıb, ölən var
# 28 noyabr 2022 09:50 (UTC +04:00)

Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, noyabrın 27-də saat 3 radələrində Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində Masallı rayon sakini Mirsadiq Bəşirli idarə etdiyi “Daewoo” markalı avtomobili aşırıb. Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR