Ağcabədidə bacısını qətlə yetirən şəxsin istintaqı başa çatıb

Ağcabədidə bacısını qətlə yetirən şəxsin istintaqı başa çatıb
# 04 mart 2023 09:24 (UTC +04:00)

Ağcabədidə bacısını qətlə yetirməkdə təqsirləndirilən Bayram Xudaverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Müşfiq Məmmədovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il Ağcabədi rayonunda qeydə alınıb.

26 yaşlı Bayram Xudaverdiyev münaqişə zəminində bacısı 30 yaşlı Lamiyə Abdullayevanı qətlə yetirib.

Bayram Xudaverdiyev hüquq-mühafizə orqanları tərəfindən tutularaq istintaqa təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR