Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ" 2106 markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə yol kənarında dayanan "Mercedes" markalı maşına, daha sonra ağaca çırpılıb. Nəticədə "VAZ" markalı avtomobilin sürücüsü xəsarətlər alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.