Ağcabədidə mikroavtobusla minik maşını toqquşub, xəsarət alan var

Ağcabədidə mikroavtobusla minik maşını toqquşub, xəsarət alan var
# 16 noyabr 2019 20:20 (UTC +04:00)

Ağcabədidə minik maşını ilə fəhlələri daşıyan mikroavtobus toqquşub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Poladlı kəndində baş verib.

“Mercedes” markalı minik maşını hərəkətdə olarkən onun qarşısına “Mercedes” markalı sərnişin mikroavtobusu çıxıb və toqquşma baş verib. Nəticədə “Mercedes” markalı minik maşınında olan sərnişin Səxavət Abbasov xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdrma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR