Ağcabədidə narkotik alverinə görə 11 nəfər saxlanılıb

Ağcabədidə narkotik alverinə görə 11 nəfər saxlanılıb
# 04 noyabr 2022 08:52 (UTC +04:00)

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının son günlərdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ümumulikdə 11 nəfər saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə Hindarx qəsəbəsində yaşayan Xəzər Əsədov saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Bundan əlavə rayonun Hindarx qəsəbəsində və digər ərazilərində aparılan ardıcıl tədbirlər nəticəsində daha 10 nəfər saxlanılıb. Onlardan ümümi çəkisi 10 kiloqrama yaxın olan müxtəlif adda narkotik vasitələr aşkar olunaraq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR