Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının son günlərdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində, oğurluq əməlləri törətməkdə və qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən ümumulikdə 20 nəfər saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən xəbərə görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən ardıcıl tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 17 nəfər tutulub. Onlardan ümumilikdə 1 kiloqrama yaxın müxtəlif adda narkotik tərkibli vasitələr aşkar edilərək götürülüb.
Həmçinin şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Onların rayon ərazisində fərdi yaşayış evlərindən oğurluq edərək zərərçəkmiş şəxslərə 5000 manat civarında ziyan vurduqları müəyyən edilib.
Bundan başqa keçirilmiş tədbirlərlə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən 1 nəfər də müəyyən edilib və ondan “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı Ağcabədi RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq zəruri istintaq hərəkətləri aparılır.
Ağcabədidə narkotik satan 17 nəfər tutulub - FOTO
© APA | saxlanılan şəxslər
07 oktyabr 2022 11:36 (UTC +04:00)
Hadisə
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur
15:47
25 aprel 2024
Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO
15:42
25 aprel 2024
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb
15:35
25 aprel 2024
İşğaldan azad edilmiş Malıbəyli kəndində 6 nəfərə aid qalıqlar aşkarlanıb - FOTO
14:33
25 aprel 2024