Ağcabədidə narkotik yetişdirən şəxslər tutulub

Emin Təhməzov və Elman Mamedov

© APA | Emin Təhməzov və Elman Mamedov

# 13 iyun 2022 10:01 (UTC +04:00)

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən xəbərə görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri Emin Təhməzov və Elman Mamedov saxlanılıblar.

Onların yaşadıqları evlərin həyətyanı sahələrinə müvafiq qaydada baxış keçirilib. Baxış zaman E.Təhməzova məxsus 76 ədəd və E.Mamedova məxsus 71 ədəd aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə bitkiləri aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR