Ağcabədidə top mərmisi tapılıb

Ağcabədidə top mərmisi tapılıb
# 13 oktyabr 2019 22:50 (UTC +04:00)

Ağcabədi rayonu, Haramı düzü ərazisində mərmi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya verilən məlumata görə, bu barədə məlumat Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən daxil olub.

Məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib və aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (OF-26) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR