Kredit təşkilatına saxta qızıl təqdim edən şəxslər tutulub

Kredit təşkilatına saxta qızıl təqdim edən şəxslər tutulub
  • Clock-gray 14:48
  • calendar-gray 23 Sentyabr 2019

Ağcabədidə kredit təşkilatına saxta qızıl təqdim edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 20-də Ağcabədi şəhəri ərazisindəki kredit təşkilatlarından birinə gəlmiş Ağdam rayon sakini E.Xəlilov və Gəncə şəhər sakini S.Əliyev qızıl-zinət əşyalarının müqabilində pul götürmək istədiklərini bildiriblər. Onlar saxta qızıl əşyalarını təqdim edərək pul götürmək istəyərkən Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla S.Əliyevin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date