Ağdam sakini kafedə yıxılaraq ölüb - FOTO

Ağdam sakini kafedə yıxılaraq ölüb - FOTO
# 19 avqust 2022 15:55 (UTC +04:00)

Ağdamda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. Rayonun Üçoğlan kənd sakini İbrahimov Şəmsəddin Abdulla oğlu işlətdiyi "Dostluq" adlı kafenin həyətində elektrik lampasını dəyişərkən yüksəklikdən yıxılıb. Ş.İbrahimov kəllə-beyin travması ilə Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR