Ağdam sakini Mingəçevirdə cərrahi əməliyyatdan sonra qəflətən vəfat edib

Ağdam sakini Mingəçevirdə cərrahi əməliyyatdan sonra qəflətən vəfat edib
# 17 avqust 2019 23:04 (UTC +04:00)

Mingəçevir şəhərində 33 yaşlı Ağdam rayon sakini əməliyyatdan sonra qəfil
dünyasını dəyişib

APA-nın Mingəçevir bürosunun məlumatına görə, ölüm hadisəsi şəhər
xəstəxanasında qeydə alınıb.

Belə ki, Mingəçevrdə məskunlaşan Ağdam rayon sakini Səfərov İmamverdi Şöhrət oğlu qasıq (qrija) nayihəsindən əməliyyat olunub. Əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilən xəstə bir neçə saat sonra gözlənilmədən dünyasını dəyişib.

Əməliyyatın normal keçdiyi bildirilir. Qəfil ölümün hansı səbəbdən baş verdiyi məlum
deyil. Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.

Faktla bağl araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR