Ağdam sakinini ilan sancıb - FOTO

Ağdam sakinini ilan sancıb - FOTO
# 07 iyul 2022 11:45 (UTC +04:00)

Ağdam rayon sakinini ilan sancıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qərvənd kəndində baş verib. Kənd sakini Əkbərov Natiq Araz oğlu həyətlərində alaq otlarını təmizləyərkən ilan onun əlindən sancıb.

N.Əkbərov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və ona ilan zəhəri əleyhinə zərdab vurulub. Hazırda vəziyyəti orta ağırdır.

N.Əkbərovun qardaşı Sadiq Əkbərovun APA-ya verdiyi məlumata görə, qardaşının vəziyyəti orta ağır olduğundan həkimlərin məsləhəti ilə paytaxdakı xəstəxanalardan birinə göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR