Ağdamda göldə boğulan gəncin meyiti çıxarılıb - YENİLƏNİB

 Ağdamda göldə boğulan gəncin meyiti çıxarılıb - YENİLƏNİB
# 11 iyul 2019 20:20 (UTC +04:00)

Ağdamda göldə boğulan gəncin meyiti sudan çıxarılıb.

APA-nın yerli bürosunun məlumatına görə, sudan çıxarılan 2002-ci il təvəllüdlü Quliyev Elnur Yalçın oğlunun meyiti artıq aidiyyəti üzrə təhvil verilib.

Onun çimərkən boğulduğu bildirilir.

***

Saat 18:11

Ağdamda 17 yaşlı gənc suda boğularaq ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Baharlı 2 qəsəbəsində baş verib.

Quliyev Elnur Yalçın oğlu qəsəbə ərazisindəki göldə çimərkən boğulub.

Onun meyitinin sudan çıxarılması istiqamətində axtarış işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR