Ağdamda avtomobil işıq dirəyinə çırpılıb, iki nəfər xəsarət alıb - FOTO

Ağdamda avtomobil işıq dirəyinə çırpılıb, iki nəfər xəsarət alıb - FOTO
  • Clock-gray 20:33
  • calendar-gray 19 Oktyabr 2019

Ağdamda idarəetməni itirən sürücü avtomobili işıq dirəyinə çırpıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun İmamqulubəyli kəndində qeydə alınıb.

Rayon sakini Qurbanov Ceyhun Əşrəf oğlu idarə etdiyi “NİVA” markalı avtomobillə qəza törədib və nəqliyyat vasitəsi yol kənarındakı işıq dirəyinə və ağaca çırpılıb. Nəticədə sürücü C.Qurbanov və avtomobildə olan sərnişin İbadov Mətləb Süleyman oğlu müxtəlif bədən xəsarəti ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Habil Aslanoğlu

Digər xəbərlər

Arxiv

date