Ağdamda avtoxuliqanlıq edən şəxs həbs edilib

Ağdamda avtoxuliqanlıq edən şəxs həbs edilib
# 05 avqust 2022 12:18 (UTC +04:00)

Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə təhlükə yaradan, ictimai qaydanı nümayişkaranə şəkildə pozan sürücü saxlanılıb.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən xəbərə görə, DYPB-nin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində idarə etdiyi “VAZ-2107” markalı avtomobillə xuliqanlıq edərək rayon ərazisində ictimai qaydanı nümayişkaranə şəkildə pozan rayonun Şotlanlı kənd sakini Elvin Fərzəliyev saxlanılıb. İdarəsində olan avtomobil müvəqqəti duracağa yerləşdirilib.
E.Fərzəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəminin qərarı o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR