Ağdamda məktəbli qız qaçırılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb. Məlumata görə, dekabrın 21-də yeniyetmə qızın qaçırılması ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə məlumat daxil olub. Keçirilmiş tədbirlərlə həmin qız tapılaraq ailə üzvlərinə təhvil verilib. O, izahatında evlənmək məqsədi ilə öz razılığına əsasən getdiyini bildirib.
Faktla bağlı Ağdam RPŞ-də araşdırma aparılır.
Elgün Gəncimsoy