Ağdamda qəbiristanlıqlardan oğurluq edən şəxslər tutulub

Ağdamda qəbiristanlıqlardan oğurluq edən şəxslər tutulub
# 09 may 2022 11:34 (UTC +04:00)

Ağdamda qəbiristanlıqlardan oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Ağdam Rayon Polis Şöbəsinə mayın 6-na keçən gecə Zəngişalı, Əhmədağalı və Qərvənd kəndləri ərazisində yerləşən qəbiristanlıqlarda bir neçə məzarın üzərindən güldanların oğurlanması barədə müraciətlər daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuşlar Ceyhun Quliyev və Şamil Mehdiyev müəyyən olunaraq saxlanılıb. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların Əfətli və Zəngişalı kəndləri ərazisində yerləşən qəbiristanlıqlarda daha 4 məzarın üzərindən güldan oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR