Ağdamda silah-sursat aşkarlanıb

Ağdamda silah-sursat aşkarlanıb
# 11 iyun 2022 11:02 (UTC +04:00)

Nəqliyyatda Baş Polis İdarəsinin Yevlax st. Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində xidməti ərazidə silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən xəbərə görə, Yevlax XPŞ-nin əməkdaşları Ağdam rayonu ərazisində Bərdə-Köçərli-Təzəkənd mənzilinin yaxınlığında 1 ədəd “AK-74” markalı avtomat, 137 ədəd “5.45” çaplı patron, 35 ədəd “12.7” çaplı pulemyot patronu və 3 ədəd avtomat darağı aşkar edərək götürüblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR