Ağdamda süd məhsulları sexində yanğın olub - FOTO

Ağdamda süd məhsulları sexində yanğın olub - FOTO
# 23 yanvar 2023 14:45 (UTC +04:00)

Ağdam rayonunun Çəmənli kəndində süd məhsullarının istehsalı sexinin ərazisində ümumi sahəsi 45 m² olan talvarın altında hər birinin həcmi 200 litr olan 20 ədəd yağ çənindən 6 ədədi, 1 ədəd plastmasdan ibarət su çəni və 3 ədəd su nasosu yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yağ çənlərinin qalan hissəsi və talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR