Ağdamda yol qəzasında sürücü həyatını itirib

Ağdamda yol qəzasında sürücü həyatını itirib
# 30 aprel 2022 21:36 (UTC +04:00)

Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, qəza rayonun Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində qeydə alınıb. "VAZ-2107" ilə mikroavtobusun toqqusması nəticəsində “VAZ-2107”nin sürücüsü Cabir Qənbərov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR