Ağdaşda 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib

Ağdaşda 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib
# 21 iyun 2022 12:09 (UTC +04:00)

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Pirəzə kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, ümumi çəkisi 1 ton 240 kiloqram olan 778 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR