Ağdaşda 4 otaqlı ev yanaraq külə dönüb - VİDEO

Ağdaşda 4 otaqlı ev yanaraq külə dönüb - VİDEO
# 23 dekabr 2021 11:27 (UTC +04:00)

Ağdaş rayonunda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə rayonun Cardam kəndində qeydə alınıb.

Kənd sakini, 1966-ci il təvəllüdlü Əliyev Bəylər Qara oğluna məxsus ümumi sahəsi 180 kvadratmetr olan 4 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub.

Evin dam örtüyü tez yanar material olan ondolindən olduğu üçün yanğın qısa vaxtda evin hər tərəfini əhatə edib.

Ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb.

Yanğınsöndürənlər alovun yaxınlıqdakı çardağa keçməsinin qarşısını alıblar.

Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

FHN-in yaydığı məlumatda bildirilir ki, Ağdaş rayonunun Cardam kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Evə bitişik talvar və tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR