Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb

Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb
# 22 aprel 2022 09:58 (UTC +04:00)

Aprelin 21-də saat 11 radələrində Ağdaş şəhəri ərazisində Bulaqotağı kənd sakini Y.Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən rayon sakini Həqiqət Kərimovanı vurub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, nəticədə xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Ağdaş RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR