Ağdaşda avtomobil piyadanı vurub

Ağdaşda avtomobil piyadanı vurub
# 22 noyabr 2019 21:07 (UTC +04:00)

Ağdaş rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax avtomobil yolunun Ağdaşın Ləki qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ 2107" markalı minik avtomobili yolu keçən piyadanı, Ağdaş şəhər sakini, 1995-ci il təvəllüdlü Məmmədov Qorxmaz Mamed oğlunu vurub. Yaralı Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR