Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, keçirilən əməliyyatlar zamanı vətəndaşlardan müxtəlif markalı 7 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb. Həmçinin, aparılan profilaktik tədbirlər nəticəsində rayon sakinləri ümumilikdə 5 tüfəngi könüllü olaraq polis şöbəsinə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
İlham Əhmədov