Ağdaşda su kanalında batan 34 yaşlı şəxsin meyiti tapılıb

Ağdaşda su kanalında batan 34 yaşlı şəxsin meyiti tapılıb
  • Clock-gray 19:01
  • calendar-gray 20 Oktyabr 2019

Bu gün Şirvan su kanalının Ağdaş rayonu, Bulaqotağı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarışlar zamanı 1985-ci il təvəllüdlü Məmmədov Əlibaba Namizəd oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date