Ağstafada 63 yaşlı kişinin meyiti tapılıb

Ağstafada 63 yaşlı kişinin meyiti tapılıb
# 13 iyul 2022 19:36 (UTC +04:00)

Ağstafa sakininin meyiti yol kənarında aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xılxına kəndində qeydə alınıb.

1959-cu il təvəllüdlü Əhmədov Nürəddin Şükür oğlunun meyiti yolun kənarında tapılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

İlkin məlumata görə, N.Əhmədov ürək tutmasından vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR