Ağstafada baş verən qəzada bir nəfər xəsarət alıb

Ağstafada baş verən qəzada bir nəfər xəsarət alıb
  • Clock-gray 19:18
  • calendar-gray 09 Noyabr 2019

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində Ələkbərov Elman müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin ehtimala görə, qəzaya səbəb sürücülərdən birinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Digər xəbərlər

Arxiv

date