Ağstafada bələdiyyə əmlakının mənimsənilməsinə görə cinayət işi başlanıb

Ağstafada bələdiyyə əmlakının mənimsənilməsinə görə cinayət işi başlanıb
# 31 yanvar 2023 14:33 (UTC +04:00)

Ağstafa rayon Dağkəsəmən kənd bələdiyyəsində baş vermiş qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Ağstafa rayon prokurorluğundan APA-ya verilən məlumata görə, Ariz Bayramovun Dağkəsəmən kənd bələdiyyəsinin sədri işlədiyi müddətdə bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə), 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR