Ağstafada əkin sahəsindən meyit tapılıb

Ağstafada əkin sahəsindən meyit tapılıb
# 01 sentyabr 2022 19:47 (UTC +04:00)

Ağstafada əkin sahəsində meyit tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Şəmkir rayonunun Zəyəm qəsəbə sakini, 1974-cü il təvəllüdlü Bağırov İlqar Faiq oğlunun halı əkin sahəsində kartof yığan zaman pisləşib. O, əkin sahəsində ölüb.

Əkin sahəsində fəhlə işləyən İ.Bağırovun ürək tutmasından öldüyü bildirilib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR