Ağstafada iki minik avtomobili toqquşub, xəsarət alanlar var

Ağstafada iki minik avtomobili toqquşub, xəsarət alanlar var
# 03 fevral 2023 08:28 (UTC +04:00)

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Saloğlu kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107 " ilə digər minik avtomobili toqquşub.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar 1988-ci il təvəllüdlü Pərviz Qurbanov və 1961-ci il təvəllüdlü Hüseyn Mustafayevdir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR