Ağstafada “KamAZ”-ın təkəri partlayıb, ustanın gözü amputasiya edilib - FOTO

Ağstafada “KamAZ”-ın təkəri partlayıb, ustanın gözü amputasiya edilib - FOTO
# 19 iyul 2019 12:00 (UTC +04:00)

Ağstafa rayonunda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Böyük Kəsik kəndində usta işləyən 1962-ci il təvəllüdlü Mehdiyev İxtiyar Mehdi oğlu “KamAZ”-ı təmir edərkən, yük maşınının təkəri partlayıb.

Nəticədə ağır bədən xəsarətləri alan İ. Mehdiyev Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun sol əlinin ikinci və üçüncü barmaqları, habelə sağ gözü amputasiya edilib.

Kəllə-beyin travması alan İ. Mehdiyevin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR