Ağstafada maskalı şəxs evə basqın edib, ev sahibini bıçaqlayıb - VİDEO

Ağstafada maskalı şəxs evə basqın edib, ev sahibini bıçaqlayıb - VİDEO
# 07 iyun 2022 08:09 (UTC +04:00)

Ağstafda evə baqsın olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Gecə saat 01 radələrində üzü maskalı şəxs rayon sakini 1996-ci il təvəllüdlü Pünhan Bayramovanın evinə basqın edib.

Ev sahibi səsə oyanıb.

Bu vaxt maskalı şəxs qadını bıçaqlayıb.

Pünhan Bayramova xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat edilib.

Vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR