Ağstafada meşə qoruğunda silah-sursat tapılıb - FOTO

Ağstafada meşə qoruğunda silah-sursat tapılıb - FOTO
# 15 noyabr 2019 10:49 (UTC +04:00)

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mü­hafizəsi və dövlət sərhədində rejim qaydalarına riayət olun­ması üzrə həyata keçirilmiş əməliy­yat-axtarış və qoşun tədbirləri nəticəsində sərhədboyu ərazilərdə gizlədilmiş odlu silahlar aşkar olunub.

DSX-dan APA-ya verilən məlumata görə, noyabrın 12-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağs­tafa rayonunun Sadıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində yerləşən “Qarayazı” Dövlət Meşə qoruğunda kolların arasında gizlədilmiş halda 1 ədəd 20 mm-lik ov tüfəngi, ona məxsus 9 ədəd patron və “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Oğuz rayo­nunun Fil-filli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Qalaçay çayının sahilində qaya daşlarının altında giz­lədilmiş istifadəyə yararlı 1 ədəd 1960-cı il istehsalı olan “TOZ-8” markalı yivli silah aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR