Ağstafada meyiti tapılan şəxsi qatarın vurduğu məlum olub - FOTO - YENİLƏNİB - VİDEO

Ağstafada hadisə baş verən məkan

© APA | Ağstafada hadisə baş verən məkan

# 08 may 2022 12:29 (UTC +04:00)

Ağstafada meyiti tapılan şəxsi qatarın vurduğu məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Gürcüstan dəmir yolu xəttinin rayonun Tatlı stansiyası çıxışının 99-cu kilometrliyində qeydə alınıb.

28 yaşlı Vüsal Qocayev sərxoş vəziyyətdə dəmir yolu xəttini keçən zaman onu yük qatarı vurub. 28 yaşlı kişinin meyiti bir neçə saat sonra dəmir yolunun kənarından aşkarlanıb.

Faktla bağlı Ağstafa rayonun prokurorluğunda araşdırma aparılır.

***

saat 10.49

Ağstafada dəmir yolunun kənarında meyit tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Yol kənarından 28 yaşlı Qocayev Vüsal Kamal oğlunun meyiti aşkarlanıb. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, 28 yaşlı kişini qatar vurub.

Araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR