Ağstafada mikroavtobusla minik maşını toqquşub, xəsarət alan var

Ağstafada mikroavtobusla minik maşını toqquşub, xəsarət alan var
# 22 sentyabr 2019 22:37 (UTC +04:00)

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosnun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki hərəkətə olan “Vito” markalı mikroavtobusla “VAZ 2106” markalı minik maşını toquşub. Qəza nəticəsində mikroavtobusun sərnişini - Şəmkir rayon sakini, 1969-cu il təvvəlüdlü Kərimova Surayə Şakir qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralıya tibbi yardım göstərilib. Onun vəziyyətinin normal olduğu bildrilir.

İlkin etimala görə, qəzaya səbəb avtomobillərdən biri dönmə əməliyyatını düzgün yerinə yetirməyib.

Faklta bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR