Ağstafada qadın yataq otağında dəm qazından zəhərlənib

Ağstafada qadın yataq otağında dəm qazından zəhərlənib
# 06 yanvar 2022 00:18 (UTC +04:00)

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Həsənsu kəndində baş verib.

1983-cü il təvəllüdlü Sevinc Osmanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 39 yaşlı qadın yaşadığı evin yataq otağında qazdan zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR