Ağstafada qatar qadını vurub öldürüb - YENİLƏNİB - VİDEO

Ağstafada qatar qadını vurub öldürüb  - YENİLƏNİB  - VİDEO
# 18 iyul 2022 08:28 (UTC +04:00)

Ağstafada qatarın vurub öldürdüyü qadının şəxsiyyəti məlum olub.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə zamanı dünyasını dəyişən şəxs 52 yaşlı Mətanət Əliyevadır.

***

07.49

Ağstafada bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan qatar dəmir yolu xəttini keçmək istəyən qadını vurub.

Qadın hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR