Ağstafada qəza olub, xəsarət alanlar var

Ağstafada qəza olub, xəsarət alanlar var
# 29 avqust 2022 08:22 (UTC +04:00)

Ağstafada 2 nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Hərəkətdə olan 2 avtomobil toqquşub. Qəza zamanı 1999-cu il təvəllüdlü Q.Məmmədov və 2002-ci il təvəllüdlü A.Rzayeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR